XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Millət vəkilləri “Kəpəz” futbol klubunu heyəti ilə görüşüb
İdman 15:31 / 29.01.2021
"Kəpəz”in Azərbaycan Kubokunda "Sabah”a qarşı yarşıda qələbə qazanaraq mərhələ adlaması böyük əks-səda doğurub. Bu səbəblə Gəncənin millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, "Gəncə” İdman Klubunun İB-nin sədri Elvar Osmanov "Kəpəz” Peşəkar Futbol Klubununun heyəti ilə görüşüb. Məşqdə komanda ilə görüşən qonaqlar əldə olunan qələbə münasibəti ilə heyət üzvlərini təbrik edib, kollektivə qarşıdakı oyunda uğurlar arzulayıblar. "Kəpəz”in Premyer Liqa klubu üzərində qələbəsinin Gəncə futbolunun potensialından xəbər verdiyi, gələcəkdə komandadan daha böyük gözləntilərin olduğu qeyd olunub. "Sarı-göylər”in adından çıxış edən icraçı direktor İlqar Nadiri, baş məşqçi Yaşar Vahabzadə və kapitan Əli Səmədov xoş sözlərə görə minnətdarlıq edib, bu ziyarətin futbolçulara böyük ruh yüksəkliyi verəcəyini bildiriblər.
Millət vəkilləri, eləcə də Baş İdarə rəisi komandanın "Keşlə” ilə kubok matçını və I Divizionun ikinci dövrəsində keçirəcəyi oyunları diqqətdə saxlayacaqlarını vurğulayaraq mövsümü uğurlu nəticə ilə başa vurmağı arzu ediblər.

34068 oxunub

InvestAZ