XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Millimizin aparıcı üzvləri “Böyük dəbilqə” turnirində iştirak edəcək heyətdən çıxarıldılar
İdman 14:00 / 28.01.2021
Fevralın 18-20-də Təl-Əvivdə keçiriləcək cüdo üzrə "Böyük dəbilqə” turnirində iştirak edəcək Azərbaycanın komandasının heyətində dəyişiklik edilib. Əvvəlcə yarışda iştirakı nəzərdə tutulan Rüstəm Orucov (73 kq) və İrina Kindzerska (78 kiloqramdan yuxarı) heyətdən çıxarılıb. Bununla belə, yarışa qatılacaq komandamızın heyətində kişilər arasında Kəramət Hüseynov, Davud Məmmədsoy (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Telman Vəliyev (73 kq), Zelim Tckayev, Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq) Uşangi Kokauri, Camal Feyziyev (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) güclərini sınayacaqlar.

Yarışda indiyədək 51 ölkədən 242 cüdoçu iştirakını təsdiqləyib.

30348 oxunub

InvestAZ