XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Onlayn şahmat turnirinin qalibləri müəyyənləşib
İdman 11:28 / 20.01.2021
"Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 17 yaşadək şahmatçılar arasında onlayn şahmat turniri keçirilib. İsveçrə sistemi üzrə keçirilən və 7 turdan ibarət olan yarışda Lənkəran şahmatçıları ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Quba, Şəki, Göyçay, Mingəçevir, Zaqatala, Samux, Balakən, Neftçala və Şabran təmsilçiləri də iştirak ediblər.

Turnirdə, eyni zamanda, dünya, Avropa və respublika birinciliklərinin mükafatçıları və iştirakçıları da mübarizə aparıblar.

Ümumilikdə 150-dən artıq şahmatçının qatıldığı yarışın qalibi İsmayıl Qurbanov (6,5 xal, Bakı) olub. İkinci və üçüncü yerlərə müvafiq olaraq, Uğur İlyaslı (6,5 xal, Sumqayıt) və İbrahim Seyidov (6 xal, Quba) layiq görülüblər.

Qızlar arasında ən yüksək nəticəni Səbinə Rzalı (6 xal) göstərib. Sonrakı pillələrdə 5 xalla Sumqayıt təmsilçiləri Aytac Kərimli və Nurtən Nuruyeva qərarlaşıblar.

İlk üç yeri tutan şahmatçılar mükafatlandırılıblar.

32733 oxunub

InvestAZ