XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionlar Liqası: yeni mövsümün təqvimi açıqlandı
İdman 10:45 / 20.01.2021
Futbol üzrə UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün təqvimini açıqlanıb. Qitənin bir nömrəli klub turnirində yeni mövsümə iyunun 22-də ilkin mərhələnin yarımfinal oyunları ilə start veriləcək. 3 gün sonra bu raundun final matçı baş tutacaq.

Birinci təsnifat mərhələsinin görüşləri 6-7 və 13-14 iyulda, ikinci raundun matçları 20-21 və 27-28 iyulda oynanılacaq. Üçüncü təsnifat mərhələsində ilk oyunlar 3-4 avqustda, cavab qarşılaşmaları 10 avqustda keçiriləcək. Pley-off mərhələsinin görüşləri isə 17-18 və 24-25 avqustda olacaq.

UEFA Çempionlar Liqasında qrup mərhələsi 14-15 sentyabrda birinci turun oyunları ilə başlayacaq.

UEFA Çempionlar Liqası 2021/22 mövsümü

İlkin mərhələ 22 iyun: Yarımfinal

25 iyun: Final

6-7 və 13-14 iyul: Birinci təsnifat mərhələsi

20-21 və 27-28 iyul: İkinci təsnifat mərhələsi

3-4 və 10 avqust: Üçüncü təsnifat mərhələsi

17-18 və 24-25 avqust: Pley-off mərhələsi

Qrup mərhələsi

14-15 sentyabr: Birinci tur

28-29 sentyabr: İkinci tur

19-20 oktyabr: Üçüncü tur

2-3 noyabr: Dördüncü tur

23-24 noyabr: Beşinci tur

7-8 dekabr: Altıncı tur

Pley-off

2022-ci il

15-16, 22-23 fevral və 8-9, 15-16 mart: 1/8 final mərhələsi

5-6 və 12-13 aprel: 1/4 final mərhələsi

26-27 aprel və 3-4 may: Yarımfinal mərhələsi

28 may: Final

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün finalı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçiriləcək.

41751 oxunub

InvestAZ