XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Jabrail Cup” yarışının qalibləri müəyyənləşib
İdman 11:20 / 18.01.2021

Şahmat üzrə "Karabakh is Azerbaijan” seriyasından ilk turnir keçirilib. "Chess.az” saytının təşkil etdiyi seriya yarışının ilk turniri olan "Jabrail Cup”da Azərbaycan və Türkiyə şahmatçıları mübarizə aparıblar.​ Ümumilikdə 67 şahmatçının iştirak etdiyi turnirin qalibi azərbaycanlı zəka sahibi Elnur Mehtiyev (10 xal) olub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Orxan Bağırov (8 xal) və Kənan İsbatov (6 xal) qərarlaşıblar.

Qeyd edək ki, seriya ümumilikdə 8 turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq. Səkkiz turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar böyük finala düşmək üçün xallar toplayacaqlar.


32116 oxunub

InvestAZ