XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Airthings Masters” turnirində Azərbaycan - Ermənistan finalı ola bilər
İdman 11:32 / 01.01.2021
Onlayn formatda blits şahmat üzrə "Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün növbəti görüşünü keçirəcək. 33 yaşlı qrossmeyster yarımfinalda ikinci dəfə rusiyalı həmkarı Daniil Dubovla üz-üzə gələcək. İlk görüşdə rəqibinə 3:1 hesabı ilə qalib gələn Teymur Rəcəbovu finala çıxmaq üçün heç-heçə də qane edəcək.

Digər yarımfinal görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla Maksim Vaşye-Laqrav qarşılaşacaq. L.Aronyan da bu mərhələnin ilk qarşılaşmasında rəqibini eyni hesabla məğlub edib.

Beləliklə, bugünkü nəticələrdən sonra finalda Azərbaycan - Ermənistan dueli baş tuta bilər.

Qeyd edək ki, şahmatçımız yarışın dörddəbir final mərhələsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini məğlub edərək yarımfinala yüksəlib.

Yanvarın 3-dək davam edəcək turnirin mükafat fondu 200 min ABŞ dollarıdır. Yarışın qalibi 60 min ABŞ dolları qazanacaq.

33960 oxunub

InvestAZ