XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



UFC iki məşhur döyüşçünü yenidən qarşılaşdıra bilər
İdman 14:42 / 31.12.2020
UFC -nin prezidenti Dana Uayt Həbib Nurmagomedov və Konor Makqreqor arasında döyüş-revanş təşkil etmək istədiyini bildirib. "Mən oraya (Abu-Dabi-dəki "döyüş adası”na) gedəcəyəm. Həbib də orada olacaq. Mən orada olduğum müddətdə onunla görüşmək niyyətindəyəm. Əslində, əgər Konor bu döyüşü (Dastin Porie ilə) qazanarsa, Həbiblə onun döyüş-revanşını görmək istərdim. Bu, təşkil edilə biləcək ən böyük döyüşdür və bunun xüsusi mənası var”, - deyə o bildirib.
Xatırladaq ki, H.Nurməhəmmədov və K.Makqreqor arasında döyüş 2018-ci il oktyabrın 6-da keçirilib. Rusiyalı döyüşçü rəqibini dördüncü raundda məğlub edərək, yüngül çəkidə UFC çempionu titulunu qoruyub saxlayıb. 2020-ci ilin oktyabrında Həbib Nurməhəmmədov karyerasının bitirdiyini elan edib. Konor Makqreqor isə növbəti döyüşünü yanvarın 24-nə Abu-Dabidə təşkil olunacaq UFC 257 turnirində keçirəcək.

31011 oxunub

InvestAZ