XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Hacı Əliyev karyerasını bitirə bilər
İdman 15:30 / 26.12.2020
Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu olan sərbəst güləşçisi Hacı Əliyev 2021-ci ildə karyerasını başa vura bilər.
Bu barədə 29 yaşlı idmançı məlumat verib. 65 kq çəki dərəcəsində çıxış edən H.Əliyev Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında sonra karyerasını bitirə biləcəyini vurğulayıb: "Bu baradə tam olaraq heç nə bilmirəm. Amma qismət olsa, olimpiadada qızıl medal qazansam, bəlkə idmandan gedəcəyəm. Olimpiya çempionluğundan sonra idmanı dayandıra bilərəm. Apreldə 30 yaşım olacaq. Düşünürəm ki, yaşım da böyük idman üçün çoxdur. Dünyada 21, 22 və 25 yaşda istedadlı, gənc idmançılar yetişir. Onların enerjilərinin, güclərinin qarşısında dayanmaq çətin məsələdir. Olimpiya çempionu olsam, idmanı qalib şəkildə tərk edə bilərəm".
Qeyd edək ki, Hacı Əliyev 2014, 2015 və 2017-ci illərdə dünya, 2014, 2018 və 2019-cu illərdə Avrop çempionu olub. 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanan sərbəst güləşçi, 2019-cu ildə Belarusun paytaxtı Minskdəki II Avropa Oyunlarının qalibi olub.

30961 oxunub

InvestAZ