XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



4 il ərzində aşkarlanan qayda pozuntularının sayı açıqlandı
İdman 10:35 / 22.12.2020
AMADA 4 il ərzində 80 antidopinq qayda pozuntusu aşkarlayıb. Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu müddət ərzində 4627 dopinq testi götürülüb. 2020-ci ildəki test sayı isə 1087-dir. Bunlardan 75-i beynəlxalq sifarişlər əsasında olub. 1012-si ilə milli test proqramı çərçivəsində gerçəkləşib.
AMADA bu il 24 antidopinq qayda pozuntusu ilə əlaqədar araşdırma aparıb. Onlardan 17-si analitik, 7-si isə qeyri-analitik nəticələr əsasında araşdırılıb.
24 qayda pozuntusu 11 idman növündə olub. Bunlardan 4-ü boksda, 3-ü ağırlıqqaldırma, cüdo, taekvondo və karatedə, 2-si velosiped idmanı və güləşdə qeydə alınıb. Futbol, paracüdo, atletika və sambo ilə bağlı isə bir araşdırma aparılıb

30981 oxunub

InvestAZ