XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qrossmeysterimiz Veyk-an Zee turnirindən imtina etdi
İdman 12:17 / 18.12.2020
Yanvarın 15-31-də Niderlandda mötəbər yarışlardan hesab olunan Veyk-an Zee şahmat turnirində ("Tata Steel Chess 2021”) Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iştirak etməyəcək.

Qrossmeysterimiz ənənəvi superturnirin təşkilatçılarını yarışda iştirak edə bilməməsi ilə bağlı məlumatlandırıb. Ş.Məmmədyarovu hindistanlı Pentala Harikrişna əvəz edəcək. Səksən üçüncü dəfə keçiriləcək budəfəki yarışa 14 şahmatçı mübarizə aparacaq. Belə ki, turnirdə dünya çempionu Maqnus Karlsen, Aryan Tari (Norveç), Fabiano Karuana (ABŞ), Yan Nepomnyaşi, Daniil Dubov, Andrey Yesipenko (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Aniş Qiri, Jorden Van Forest (Hollandiya), Alireza Firuzca (FİDE), Yan Kşiştov Duda (Polşa), Anton Quixarro (İspaniya) və Nodirbek Abdusattorov (Özbəkistan) mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən il şahmatçılarımız bu yarışın B və C turnirlərində iştirak ediblər.

29660 oxunub

InvestAZ