XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Sərbəst güləşçilərimiz bürünc medal uğrunda yarışacaqlar
İdman 10:24 / 17.12.2020

Azərbaycanın sərbəst güləşçisi Hacımurad Məhəmmədsəidov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinal görüşünə çıxıb. 92 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Moldova təmsilçisi Georgi Rubayevlə üz-üzə gəlib. Qarşılaşma 5:5 hesabı ilə başa çatsa da, son xal prinsipinə əsasən G.Rubayev finala vəsiqə qazanıb. Hacımurad Məhəmmədsəidov isə bu gün bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Erhan Yaylacı (Türkiyə) - Mihay Nikolae Palagia (Rumıniya) cütünün qalibi olacaq. Həmçinin bu 70 kq çəki dərəcəsində Gitinoməhəmməd Hacıyev və 125 kq-da Camaləddin Məhəmmədovun uduzduğu rəqiblər finala çıxdıqlarından hər iki güləşçi təsəlliverici görüşdə iştirak edəcək. G.Hacıyev Rumıniya idmançısı George Bukurla, C.Məhəmmədov isə argentinalı Katriel Pehuen Muriellə qarşılaşacaq.


Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Beka Kandelaki (130 kq) və qadın güləşçimiz Elis Manolova (65 kq) bürünc medal əldə edib.

32979 oxunub

InvestAZ