XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Xərçəng xəstəliyi aşkarlanan idmançı Olimpiya Oyunlarında iştirak etmək istəyir
İdman 12:42 / 16.12.2020
İspaniyalı tennisçi Karla Suares-Navarro səhhəti və tennis kortuna geri qayıtmaq barədə danışıb. Bildirək ki, bir müddət əvvəl idmançıda bədxassəli şiş aşkar edilmişdi.

"Özümü normal hiss edirəm. Kimyaterapiya kursu keçəndə ağrılar hiss edirdim. Lakin bu ağrlara dözmək mümkün idi. Özümdə yüngüllük hiss edirəm. Mənim həyatım sakit keçir. Müalicə kursu zamanı evdə bir neçə gün vaxt keçirə bilirəm, hətta gəzintiyə də çıxıram. Normal həyatımı yaşaya bilərəm, amma diqqətli olmaq vacibdir. Mən həkimlərin məsləhətlərinə qulaq asıram və yüksək əhval-ruhiyyəmi qoruyaraq irəliləyirəm. Karyeramı tennis kortunda bitirmək və 2021-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək istəyirəm. Sağalmağa çalışıram. Mənim təhlükəsiz reytinqim var. Tunelin sonunda işıq görürəm və mübarizəni davam etdirməliyəm. Bu çətin bir yoldur, amma yüksək əhval-ruhiyyə ilə sağala bilərəm”, - deyə idmançı bildirib.

34900 oxunub

InvestAZ