XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Olimpiadaya Rusiya ev sahibliyi edəcək
İdman 14:24 / 11.12.2020
45-ci Ümumdünya Şahmat Olimpiadası 2022-ci ildə Rusiyada keçiriləcək. Bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) məlumat yayıb. Məlumatda qeyd edilib ki, 2021-ci ilə planlaşdırılan analoji yarış isə ləğv olunub. Qeyd edək ki, əvvəlcə Rusiyanın 2020-ci ildə, Belarusun isə 2022-ci ildə turnirə ev sahibliyi etməsi planlaşdırılırdı. Daha sonra Rusiyada keçiriləcək turnir koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış, Belarus isə bu yarışa ev sahibliyindən imtina etmişdi.

Ümumdünya Şahmat Olimpiadası FIDE-yə üzv ölkələrin milli komandalarının iştirakı ilə keçirilən komanda turniridir. Yarış ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Bakı 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu Olimpiada isə Gürcüstanda keçirilib.

29998 oxunub

InvestAZ