XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Könüllülərlə iş” kitabının təqdimatı keçirilib
İdman 14:21 / 08.12.2020
Dekabrın 7-də "Bakı Şəhər Halqası” Akademiyasında Formula 1 Azərbaycan Qran-prilərində ən fəal könüllülərin və jurnalistlərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə, həmçinin "Könüllülərlə iş” kitabının təqdimatı da baş tutub. "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin dəstəyi ilə çap edilən kitabda könüllülük fəaliyyəti, könüllü proqramının qurulması və könüllülərlə işin təşkilinə dair məlumatlar əksini tapıb.
"Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməkdaşları Tural Hümbətovun və Atif Qəmbərovun müəllifi olduqları kitab həm könüllülər, həm də könüllülərlə işləyən hər kəs üçün faydalı məlumat vasitəsidir.

34342 oxunub

InvestAZ