Avro-2020-yə könüllülərin qeydiyyat mərhələsinin vaxtı uzadılıb
İdman 12:17 / 08.12.2020
Futbol üzrə "Avro-2020”-nin Bakı könüllülük proqramının qeydiyyat mərhələsinin FAME sistemi vasitəsilə qeydiyyat prosesi gələn il yanvarın 15-dək uzadılıb.
Proqrama 18 yaşı tamam olmuş və ötən illərdə Avro-2020-yə qeydiyyat üçün müraciət etməyən şəxslər qoşula bilərlər.
Maraqlananlar https://euro2020.affa.az/az/volunteers/ linkinə daxil ola bilərlər.
29919 oxunub