XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Komandamız pley-offdan kənarda qalıb
İdman 13:30 / 07.12.2020
İlk Ümumdünya Onlayn Paralimpiadasında 45 milli federasiyadan 400-dən çox idmançı iştirak edib. Amma bu yarışda daha çox ölkənin iştirak etməsini istəyirik.
Bu barədə TASS agentliyinə müsahibəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bildirib.
Qeyd edib ki, 60 komandanın mübarizə apardığı yarış möhtəşəm və gərgin idman mübarizəsi şəraitində keçib. Yarışda iştirak edən bütün milli federasiyalara, komanda menecerlərinə və məşqçilərə təşəkkür edirəm. Turnirin qalibi Polşa, gümüş və bürünc medallara isə Rusiya və Ukrayna komandaları sahib olublar. Hər üç komandanı təbrik edirəm.
Qeyd edək ki, Paralimpiadada heyətində Aydın Şahpələngov, Gennadi Gelman, Həbibulla Ağalarov, Nadejda Belyayevanın yer aldığı Azərbaycan yığması da çıxış edib. Komandamız seçmə turnirdə 44-cü yeri tutmaqla pley-offdan kənarda qalıb.

50349 oxunub

InvestAZ