XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ronaldonun evi qarət olundu
İdman 13:05 / 09.10.2020
İtaliyanın "Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, portuqaliyalı hücumçunun Madeyra şəhərindəki villası qarət olunub. Hadisə Portuqaliya və İspaniya yığmaları arasında qolsuz yekunlaşan yoldaşlıq oyunu zamanı baş verib. Naməlum şəxsin qarajdan evə daxil olması təhlükəsizlik kameralarına düşüb. Hələlik oğurlanan əşyaların siyahısı və dəymiş zərərin miqdarı açıqlanmayıb. Lakin 35 yaşlı forvardın imzalı oyun forması da daxil olmaqla, şəxsi əşyalarının götürüldüyü məlum olub.
Qeyd edək ki, Kriştianu Ronaldonun Madeyradakı mülkünün dəyəri 7 milyon funt sterlinqdir.

32870 oxunub

InvestAZ