XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Kazan-2022: qalib 100 min rubl mükafat alacaq
Olimpiya Hərəkatı 17:42 / 04.09.2020
2022-ci ildə Kazanda keçiriləcək Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarının loqotipini hazırlamaq üçün müsabiqə elan edilib. Müsabiqədə 16 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Müsabiqənin qalibi 100 min rubl pul mükafatı alacaq. Dizayn layihələri sentyabrın 3-dən 30-dək qəbul ediləcək. Qalib 2020-ci il oktyabrın ortalarınadək müəyyənləşəcək.
Ümumdünya Xüsusi Qış Olimpiya Oyunları 2022-ci il yanvarın 22-28-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın florbol (topla döşəmə üzərində xokkey) komandası 2017-ci ildə Avstriyanın Qraz şəhərində keçirilən Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarının qalibi olub.

42255 oxunub

InvestAZ