XƏBƏR LENTİ
15 Dekabr 2025
14 Dekabr 2025
13 Dekabr 2025



Ağacan Abıyevin şərəfinə boks turniri keçiriləcək
İdman 16:51 / 15.12.2025
Dekabrın 16-19-da "Şöhrət” və "Şərəf” ordenləri ilə təltif olunmuş Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycanın Əməkdar məşqçisi, ümumittifaq və beynəlxalq dərəcəli hakim, professor Ağacan Abiyevin şərəfinə I boks turniri keçiriləcək.
Olimpiyadunyasi.com xəbər verir ki, 2012–2013-cü illər təvəllüdlü yeniyetmə oğlanlar arasında keçiriləcək turnirdə Bakı, Sumqayıt və Gəncə şəhərlərini təmsil edən 8 komandanın ümumilikdə 100-ə yaxın idmançısı mübarizə aparacaq.
Dörd gün davam edəcək yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Anar Nağdıyev olacaq. Turnirin açılış mərasimi dekabrın 16-da saat 14:30-da Bakı Boks Mərkəzində keçiriləcək. Açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftaxetdinova, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Boks Federasiyasının, Azərbaycan İdman Veteranları İctimai Birliyinin nümayəndələri, eləcə də idman ictimaiyyətinin tanınmış simaları iştirak edəcəklər.
18 çəki dərəcəsi üzrə keçiriləcək turnirin final görüşləri dekabrın 19-da təşkil olunacaq.
257 oxunub

InvestAZ