XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



“Judo Club 2012” yeniyetmə cüdoçuları Liqa yarışlarını medallarla tamamladı
İdman 15:03 / 27.11.2025
"Judo Club 2012” klubunun yeniyetmə cüdoçuları uğur estafetini uğurla davam etdirlər. Belə ki, bu yaxınlarda klubun yeniyetmə cüdoçuları həm U-14, həm də U-17 Liqa yarışlarında mükafatçılar sırasında yer alıblar. 
Mövsümün son - IV turunda "Judo Club 2012”nin iki idmançısı medal qazananlar sırasında yer alıb.
Noyabrın 22-23-də keçirilən U-14 Liqa yarışlarının final turunda klubun üzvü Rəfiqə Ələkbərova (-63 kq) uğurlu çıxış edərək bürünc medal qazanıb.
Ardınca, noyabrın 24-25-də təşkil olunan U-17 Liqa yarışlarının IV turunda isə "Judo Club 2012”nin digər yeniyetmə cüdoçusu Pəri Məmmədli Pəri (-63 kq) gümüş medala layiq görülüb.
Qeyd edək ki, hər iki Liqa yarışında IV tur mövsümün son mərhələsi olub və yekun nəticələr əsasında cüdoçuların reytinq siyahıları formalaşdırılıb.

5934 oxunub

InvestAZ