XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Daha iki boksçumuz Avropa çempionatında yarımfinalında 
İdman 13:48 / 27.11.2025
Macarıstanın paytaxtı Budapeştdə keçirilən boks üzrə U-23 Avropa çempionatı davam edir.

Olimpiyadunyasi.com xəbər verir ki, komandamızın daha iki idmançısı uğurla çıxış edərək yarımfinal mərhələsinə vəsiqə qazanıb. Təmsilçilərimizdən Sübhan Mamedov 50 kq çəki dərəcəsində italiyalı Salvator Attrattivoya hər 3 raundda qalib gəlib. Boksumuzun bununla da ən azı Avropa çempionatının bürünc medalını təmin edib. S.Mamedov finala vəsiqə uğrunda görüşdə irlandiyalı Luis Runi ilə qarşılaşacaq.

Digər təmsilçimiz Səbuhi Əlizadə (+90 kq) isə 1/4 finalda İliya Zinkovskiyə (Ukrayna) ilə qarşılaşıb. İkinci raundda rəqibinə tam üstünlüklə qalib gələn idmançımız adını yarımfinalçılar sırasına yazdırmaqla ən azı bürünc medalı təmin edib. S.Əlizadə növbəti mərhələdə xorvatiyalı Marko Perkoviçlə üz-üzə gələcək.

Xatırladaq ki, daha əvvəl Tağı Nəsibov (60 kq) yarımfinala vəsiqə qazanmışdı.

5922 oxunub

InvestAZ