XƏBƏR LENTİ
16 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



"Barselona" heyətini bu qapıçı ilə gücləndirmək istəyir
İdman 16:50 / 14.05.2025
İspaniyanın "Barselona” klubu yay transfer pəncərəsində heyətini yeni qapıçı ilə gücləndirməyi düşünür.
Kataloniya təmsilçisi "Espanyol”un çərçivə qoruyucusu Xuan Qarsia ilə maraqlanır. Klub Mark Andre-Ter Ştegenin zədədən sonrakı performansında enmə müşaiyət etdiyi üçün belə bir qərara gəlib. İspaniyalı qapıçı 138 qurtarışla İspaniyada birinci, Avropada isə ikincidir.
Qapıçının müqaviləsindəki sərbəst qalma məbləği hazırda 25 milyon avrodur.
24 yaşlı qapıçı ilə kataloniyalılarla yanaşı, "Arsenal”, "Tottenhem”, "Mançester Siti”, "Mançester Yunayted”, PSJ və "Atletiko” kimi klublar da maraqlanır.
Qeyd edək ki, "Barselona” klubu hazırki qapıçısı Voytsex Şesniyə də iki illik yeni müqavilə təklif etmişdi.

15928 oxunub

InvestAZ