XƏBƏR LENTİ
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026



Stolüstü tennisçilərimiz yeni sınaq qarşısında 
İdman 13:02 / 12.02.2025

Bu gün Türkiyənin Nevşehir şəhərində stolüstü tennis üzrə "WTT Youth Contender” turnirinə start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq yarışda Azərbaycanın stolüstü tennisçiləri də bacarıqlarını nümayiş etdirəcəklər. Millinin məşqçiləri Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaqlar.

Beynəlxalq yarışa fevralın 17-də yekun vurulacaq.


15817 oxunub

InvestAZ