XƏBƏR LENTİ
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Boksçumuz lisenziya yarışına qələbə ilə başladı
İdman 19:50 / 27.05.2024

Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat turniri davam edir.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,yarışın dördüncü günündə Azərbaycan millisinin boksçusu Alfonso Dominges ilk görüşünə çıxıb.

92 kiloqramda mübarizə aparan dünya çempionu 1/32 finalda qanalı Conatan Tette ilə qarşılaşıb. Görüş Domingesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək. Qarşılaşma mayın 30-da olacaq.


21383 oxunub

InvestAZ