XƏBƏR LENTİ
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Taekvondoçularımız Belqraddan iki medalla qayıdırlar
İdman 13:04 / 15.04.2024

Serbiyanın paytaxtı Belqradda taekvondo üzrə Serbiya açıq çempionatı keçirilib. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, taekvondoçularımız G2 kateqoriyalı yarışı 2 medalla başa vurublar.
Komandamızın heyətində Taleh Süleymanov (+87 kq) finala kimi uğurla irəliləyib. Yalnız həlledici görüşdə məğlub olan taekvondoçumuz gümüş medala yiyələnib. Səyyad Dadaşov (54 kq) isə çempionatda bürünc medala sahib çıxıb. 


25186 oxunub

InvestAZ