XƏBƏR LENTİ
20 Yanvar 2025
19 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
15 Yanvar 2025
13 Yanvar 2025



Azər Əsgərov: “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının ərsəyə gəlməsində bizim də payımız olacağından çox məmnunuq” - MÜSAHİBƏ
İdman 17:13 / 05.12.2023

"Cüdo Klub-2012” İctimai Birliyi hər zaman idmanın inkişafında və təbliğində öz imkanlarını əsirgəməyib”.

"Cüdo Klub-2012” İctimai Birliyinin sədri Azər Əsgərov Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunan film festivalı ilə bağlı tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra televiziya kanallarına müsahibəsində bildirib.
O, belə bir layihənin həyata keçirilməsində iştirak etdiyinə görə təşkilatçılara minnətdar olduğunu deyib.
"Hesab edirəm ki, bu günkü tərəfdaşlıq müqaviləsi daha geniş imkanlara yol açacaq. Biz də öz növbəmizdə göstərilən etimada görə təşkilatçılara minnətdarlığımızı bildiririk. İdman Filmləri Festivalının ərsəyə gəlməsində bizim də payımız olacağından çox məmnunuq”, - deyə Azər Əsgərov bildirib.


10995 oxunub

InvestAZ