XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Vüsal hicrandan acıymış” adlı sənədli filmin təqdimat mərasimi keçirilib
İdman 17:17 / 04.12.2023

Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid Vüsal Kazımov haqqında çəkilmiş "Vüsal hicrandan acıymış” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Təhsil, hüquq mühafizə sektorunun və ümumilikdə çoxsaylı rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra dövlət himni səsləndirilib.

Təqdimat mərasimində sənədli filmin ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömray, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhidin atası Kamran Kazımov, həyat yoldaşı Aysel Kazımova və digərləri çıxış ediblər. Tədbirdə çıxış edənlər şəhid Vüsal Kazımovun həyat və döyüş yolundan, şəhid ailələrinə diqqət və qayğıdan söz açıblar.

Çıxışlardan sonra "Vüsal hicrandan acıymış” adlı sənədli film nümayiş olunub. Filmdə şəhid baş leytenant Vüsal Kazımovla bağlı doğmalarının, dostlarının, tələbə yoldaşlarının, cəbhədəki silahdaşlarının xatirələri yer alıb.

Qeyd edək ki, 1990-ci ildə Lənkəranın, Yuxarı Nüvədi kəndində anadan olan Vüsal Kazımov Lənkəran şəhər Uşaq Poliklinikasında psixi sağlamlıq bölməsində müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı, daha sonra şəhər Gənclər və İdman İdarəsinin nəzdində Uşaq-Gənclər İdman Mərkəzində direktor vəzifəsində çalışıb.


15731 oxunub

InvestAZ