XƏBƏR LENTİ
20 Oktyabr 2025
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025
15 Oktyabr 2025
14 Oktyabr 2025



"Madrid mənə bunu etməyə icazə vermir"
İdman 11:50 / 30.11.2023

"Real Madrid"in hücumçusu Rodriqo argentinalı hücumçu Lionel Messi ilə münaqişəsindən danışıb. "Messi? Onun haqqında danışa bilmərəm. Niyə? "Madrid mənə bunu etməyə icazə vermir" - deyə o Xtra saytına bildirib.

Bu sözlərdən sonra braziliyalı gülüb və klub əməkdaşları az qala dərhal futbolçunu jurnalistlərin əlindən alıblar. Rodriqo Argentina millisini qorxaq adlandırıb, çünki Messi matçdan əvvəl tribunada azarkeşlər arasında davaya görə komandanı soyunub-geyinmə otağına aparmaq qərarına gəlib. Argentinalı isə öz növbəsində Rodriqoya belə cavab verib: "Əgər biz dünya çempionuyuqsa, bəs niyə qorxaqıq?”

Xatırladaq ki, Rio-de-Janeyrodakı "Marakana"da keçirilən həmin qarşılaşmada qonaqlar minimal qələbə qazanıblar - 1:0.



20470 oxunub

InvestAZ