XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bu gün daha üç güləşçimiz xalça üzərinə çıxacaq
İdman 10:12 / 22.09.2023

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə lisenziya xarakterli dünya çempionatı davam edir. Çempionatın 7-ci günündə daha üç güləşçimiz mübarizəyə başlayacaq. Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq) 1/16 finalda kubalı Kevin De Armasla qarşılaşacaq. 72 kq çəki dəcəsində qüvvəsini sınayacaq Ülvü Qənizadə isə mbarizəyə 1/8 finaldan başlayacaq. Onun ilk rəqibi Ankit Gulia (UWW) və Hovard Yorqensen (Norveç) cütününq qalibi ilə üz-üzə gələcək. 97 kq-da xalça üzərinə çıxacaq Arif Niftullayev isə 1/16 finalda Mindauqas Venkaytislə (Litva) qarşılaşacaq.

Bu gün həmçinin üç yunan-Roma güləşçimiz final görüşünə çıxacaq. Təmsilçilərimizdən Eldəniz Əzizli (55 kq) finalda Gürcüstan idmançısı Nuqzari Tsurtsumia, Rafiq Hüseynov (82 kq) İrandan olan Əlirza Mohmadipiani, Sənan Süleymanov (77 kq) isə qırğızıstanlı Akjol Mahmudov ilə üz-üzə gələcək.


24746 oxunub

InvestAZ