XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Basketbol Liqasında XI tur başa çatdı
İdman 09:02 / 26.12.2022

Azərbaycan Basketbol Liqasında XI turun oyunları keçirilib. Turun açılış oyununda "Gəncə" və "Sabah" komandaları üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma Bakı təmsilçisinin 81:73 hesablı qələbəsi ilə başa çatıb.

Turun növbəti oyunu "AAAF Xırdalan" və NTD komandaları arasında olub. Oyuna sürətli başlayan NTD rəqib üzərində 108:80 hesablı qələbəyə sevinib."Sərhədçi" və "Zirvə Astara" basketbolçuları arasında keçirilən oyunda isə birincilər qələbəyə seviniblər. Oyuna fəal başlayan "Sərhədçi” basektbolçuları 94:84 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, turun bağlanış oyunu dekabrın 25-də Şəki Olimpiya İdman Kompleksində "Olimpik" və "Neftçi" komandaları arasında keçirilib. 2022-ci ilin sonuncu oyununda paytaxt basketbolçuları 83:67 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, 12-ci turun oyunları gələn il yanvarın 4-də və 7-8-də keçiriləcək.



28484 oxunub

InvestAZ