XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AFFA-nın əməkdaşlarına fəxri ad verildi
İdman 10:17 / 22.12.2022

Gənclər və İdman Nazirliyi AFFA-nın bir neçə əməkdaşına fəxri ad verib. Qurumun növbəti Kollegiya iclası bu barədə qərar qəbul edilib. Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda fəxri adların verilməsi məsələsinə baxılıb. Qəbul olunmuş müvafiq qərara əsasən bədən tərbiyəsi və idmanın təbliğindəki və inkişafındakı xidmətlərinə görə AFFA-nın aşağıda adı göstərilmiş əməkdaşlarına "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adı verilib:

Abbasov İslam Ziyafət oğlu – Azərbaycan A milli komandasının baş inzibatçısı

Qarayev Firuz Abdulla oğlu – Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri

Mehdiyeva Könül Ağaəli qızı – Beynəlxalq Əlaqələr Departamentinin müdiri

Məmmədov Elçin Bəxtiyar oğlu – Lisenziyalaşdırma Qrupunun rəhbəri

Əhmədova Töhrə Adil qızı – Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi

Dadaşov Bəhram Ağaİsa oğlu – Lisenziyalaşdırma Qrupunun maliyyə meyarları üzrə baş eksperti

Məmmədov Murad Mamedoviç – Beynəlxalq Əlaqələr Departamentinin baş mütəxəssisi

Mustafayeva Kifayət Nadir qızı – Kütləvi Futbol Şöbəsinin futbolda sosial məsuliyyət meneceri


24592 oxunub

InvestAZ