XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



FIFA-dan ən çox pul alacaq klublar
İdman 09:25 / 19.12.2022

Qətərdə keçirilən dünya çempionatında futbolçuların performansına görə FIFA-dan ən çox maliyyə əldə edəcək klubların adları açıqlanıb. Mundiala 16 oyunçusu yollanan İngiltərənin "Mançester Siti” klubunun qazancı 5 milyon 580 min ABŞ dolları təşkil edəcək.

DÇ-2022-yə 17 oyunçu göndərən İspaniya "Barselona”sının büdcəsinə 4,1 milyon dollar daxil olacaq. Kataloniya təmsilçisinin 8 üzvü İspaniya millisinin heyətində yer aldığından, onlar 1/8 final mərhələsində mübarizəni dayandırıblar.

Növbəti yerləri İngiltərə klubları tuturlar. Premyer Liqada mübarizə aparan "Mançester Yunayted” 13 oyunçu üçün 3,6 milyon, "Çelsi” 12 futbolçuya görə 3 milyon, "Tottenhem” isə 11 nəfəri göndərdiyi üçün 2,8 milyon dollar qazanıb.

Futbolçuların dünya çempionatında keçirdiyi gün sayına görə FIFA klublara ümumilikdə 209 milyon dollar ödəniş edəcək. Hər futbolçu üçün klublara qrup mərhələsində 180 min, 1/8 finalda 220 min, 1/4 finalda 280 min, yarımfinalda 320 min, finalda isə 370 min dollar ödəniləcək. Futbolçuların oyunlarda iştirak edib-etməmələri heç bir rol oynamır.


29272 oxunub

InvestAZ