XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çövkən yarışları start götürdü
İdman 14:39 / 16.12.2022

Dekabrın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə "Prezident kuboku” turnirinə start verilib. Beş komandanın iştirakı ilə təşkil olunan yarışda ümumilikdə 12 oyun keçiriləcək.

Təşkil olunmuş püşkatmanın nəticələrinə əsasən, qrupda komandaların yerləşməsi və gündəlik oyunlar cədvəli müəyyən edilib.

Açılış mərasimindən sonra günün ilk oyununda "Sərhədçi-Dilbaz” komandası "Polad” ilə qarşılaşır. Günün digər oyununda isə "Sərhədçi-Qarabağ” komandası "Buta Qolden” ilə üz-üzə gələcək.

Dekabrın 16-18-də, 20-də və 22-də qrup oyunları, 24-də isə final mərhələsi keçiriləcək. Qrup mərhələsi və final oyunları Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunacaq.


25397 oxunub

InvestAZ