İdman 11:56 / 15.12.2022
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə Bakı şəhər birinciliyinin sonuncu yarış gününə start verilib. U-18 yeniyetmə cüdoçuların sonuncu yarış günündə 175 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Yarışda oğlanlar arasında -55 kq, -73 kq və +90 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Qızlar arasında isə -44 kq və -57 kq çəki dərəcələrində görüşlər keçiriləcək.