XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Göyçayda təşkil olunub
İdman 13:22 / 13.12.2022

AFFA-nın, Göyçay Rayon İcra Hakimiyyətinin və Uşaq-Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Göyçayda "Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputat Sabir Hacıyev, Göyçay Rayon Gənclər və İdman İdarəsinin müdiri Elşən Şirinov iştirak ediblər.

Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbliyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.


26998 oxunub

InvestAZ