XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Noppert "Herenven"dən gedir?
İdman 18:00 / 12.12.2022

Niderland millisinin və "Herenven" klubunun qapıçısı Andris Noppert yeni klubda əlcək geyinə bilər. Boyu 203 santimetr boya malik qolkiperin xidmətində "Ayaks" maraqlıdır.

Xəbərə görə, sıralarında 3 qolkiper - 39 yaşlı Remko Pasver, 40 yaşlı Marten Stekelenburq və 22 yaşlı Cey Qorter olan Amsterdam təmsilçisi Noppertin "çərçivə"də ciddi rəqabət yaradacağına əmindir. Mənbə Andris transfer ediləndən sonra gənc Qorterin başqa komandaya icarəyə veriləcəyini vurğulayıb.

Qeyd edək ki, Noppert mundialın 1/4 finalında Argentinaya oyunsonrası penaltilərlə uduzan Niderlandın Qətərdə çıxdığı bütün matçlarda əsas çərçivə sahibi olub.


26978 oxunub

InvestAZ