XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Gəncə” liderliyini bir qədər də möhkəmləndirdi
İdman 20:54 / 11.12.2022

Azərbaycan Basketbol Liqasında 9-cu turun oyunlarına yekun vurulub. Turun ilk oyunu "Sabah” və "AAAF Xırdalan” komandaları arasında olub. "Sərhədçi" İdman Mərkəzinin idman zalında təşkil olunan oyunda Xırdalan təmsilçiləri qələbə qazanıblar -82:84.

Turun digər oyununda "Neftçi” komandası "Sərhədçi”yə 76:81 hesabı ilə məğlub olub.

NTD - "Olimpik Şəki” oyunu isə birincilərin qələbəsi ilə yekunlaşıb - 105:78.

Dekabrın 11-də "Sərhədçi” İdman Mərkəzində "Gəncə” və "Zirvə Astara” komandaları arasında keçirilmiş oyunla Azərbaycan Basketbol Liqasının doqquzuncu tura yekun vurulub. İki region komandasının üz-üzə gəldiyi qarşılaşmada "Gəncə” 98:85 hesabı ilə qələbə qazanaraq turnir cədvəlinin ilk pilləsindəki mövqeyini daha da möhkəmləndirib.

Qeyd edək ki, onuncu turun oyunları dekabrın 14-də, 17-də və 18-də keçiriləcək.


25521 oxunub

InvestAZ