XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bakı birinciliyində 700-dən çox cüdoçu qüvvəsini sınayacaq
İdman 19:12 / 11.12.2022

Dekabrın 13-15-də U-18 yeniyetmə cüdoçuların Bakı şəhər birinciliyi keçiriləcək. Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq. Yarışda paytaxtın 57 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 712 (664 oğlan, 48 qız) cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi müvafiq yaş qrupu üzrə gələn il keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimini etmək və eyni zamanda yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.


25331 oxunub

InvestAZ