XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



17 gün: 146 qol və lider PSJ
İdman 17:40 / 08.12.2022

17 gün: 146 qol və lider PSJ

Futbol üzrə dünya çempionatında iki günlük fasilə davam edir. Fasilədən yaralanan dünyanın aparıcı statistika həvəskarları 17 gündən sonra yeni bir rəqəmlər üzə çıxarıblar. Belə ki, ¼ final mərhələsinə qədər mundialda 26 qarşılaşma baş tutub. Bu görüşlərdə qapılardan 148 top keçirilib. Həmin qollardan 10-nu PSJ futbolçuları vurublar. İkinci pillədə «Barselona» futbolçuları yer alıblar - 8 qol. «Çelsi», «Mançester Siti», «Mançester Yunayted» futbolçuları hərəyə 6 dəfə fərqləniblər. «Milan» və «Totenhem» təmsilçilərinin 5 qolu var. «Ayaks», «Benfika» və «Fənərbağça»nın təmsilçiləri 4 dəfə rəqib qapısına yol tapıblar. Qeyd edək ki, mundialda PSJ-dən fransalı Kilian Mbappe, argentinalı Leonel Messi, «Mançester Yunayted»dən ingiltərəli Markus Reşford, PSV-dən niderlandlı Kodi Qakpo, «Milan»dan portuqaliyalı Rafael Leao hərəyə 4 dəfə rəqib qapısına yol tapıblar.​

Anar

25079 oxunub

InvestAZ