XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qətər-2022: Pireneylilər rəqibinə aman vermədilər
İdman 01:19 / 07.12.2022

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin oyunlarına yekun vurulub. "Lusail stadium”da keçirilən oyunda Portuqaliya millisi İsveçrə yığması ilə qarşılaşıb. Avropa təmsilçilərinin duelindən Portuqaliya millisi böyükhesablı qələbə ilə ayrılıb -6:1. Fernandu Santuşun baş məşqçi olduğu komandanın heyətində 17, 51 və 67-ci dəqiqələrdə Qonsalu Ramuş, 33-cü dəqiqədə Pepe, 55-ci dəqiqədə Rafael Gerreyru və 90+2-ci dəqiqədə isə Rafael Leao fərqlənib. İsveçrəlilərin təsəlli qolunu isə matçın 58-ci dəqiqədə Manuel Akanci vurub.

Qeyd edək ki, darmadağınla 1/4 final yüksələn Pireney təmsilçisinin bu mərhələdəki rəqibi Mərakeş yığması olacaq.


Azər

30485 oxunub

InvestAZ