XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
İdman 15:31 / 06.12.2022
Şahmatın blits növü üzrə keçirilən Azərbaycan çempionatına yekun vurulub. Çempionatın qalibi adına sonuncu turda aydınlıq gəlib. Çempionatın yekununda 3 şahmatçı 9 turdan 7 xal toplayıb. Əlavə göstəricilərə görə Aydın Süleymanlı yarışın qalibi adını qazanıb. Vüqar Əsədli və Rauf Məmmədov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qadınların yarışında Gülnar Məmmədova 7 oyundan 6 xal toplayaraq birinci olub. Xanım Balacayeva çempionatı 5,5 xalla ikinci, Türkan Məmmədyarova isə 4,5 xalla üçüncü yerdə başa vurub.
Beləliklə, Qazaxıstanda təşkil olunacaq rapid və blits üzrə dünya çempionatında iştirak edəcək şahmatçıların adına aydınlıq gəlib.
İki yarışın cəmində ən çox xal toplayan Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Ləman Hacıyeva, Gülnar Məmmədova və Xanım Balacayeva dünya çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, ilk səkkiz yerin sahibi pul mükafatı əldə edib. Çempionatın ümumi mükafat fondu 8000 manat təşkil edib.


28726 oxunub

InvestAZ