XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Dani Alveş Roberto Karlosu qabaqladı
İdman 11:09 / 06.12.2022
Braziliyalı futbolçu Dani Alveş milli komandanın heyətində ən çox oyun keçirən futbolçular siyahısında ikinci pilləyə yüksəlib. 39 yaşlı müdafiəçi Qətərdə təşkil olunan dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə matçda 126-cı dəfə "sambaçılar”ın formasını geyinib.
4:1 hesabı ilə qalib gəldikləri görüşün 63-cü dəqiqəsində komanda yoldaşı Eder Militaonu əvəzləyən Alveş keçmiş sol cinah müdafiəçisi Roberto Karlosu geridə qoyub. O, indi yalnız rekordçu Kafudan geri qalır. "Milan”ın əfsanəvi oyunçusunun aktivində 142 matç var.
Dani Alveş, həmçinin, Cənubi Koreya ilə görüşdə iştirak etməklə Braziliya millisinin tarixində mundialda meydana çıxan ən yaşlı futbolçu ünvanına yiyələnib. Bu göstəriciyə görə o, hazırkı komanda yoldaşı olan 38 yaşlı Tyaqo Silvanı qabaqlayıb.

32647 oxunub

InvestAZ