XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Xorvatiyalı qapıçı mundiallardakı rekordu təkrarladı
İdman 09:24 / 06.12.2022

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Ötən gün Xorvatiya millisi Yaponiya yığmasını məğlub edərək adını 1/4 finala yazdırıb. "Damalılar”ın növbəti mərhələyə yüksəlməsində isə qapıçı Dominik Livakoviçin böyük payı olub. Belə ki, pley-off oyununun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Seriyada 3:1 hesabı ilə üstün olan Xorvatiya seçməsi mərhələ adlayan tərəf olub. Penalti seriyasında 3 qurtarışla yadda qalan D.Livakoviç dünya çempionatlarının tarixinə düşüb. Belə ki, o, portuqaliyalı Rikardo və həmyerlisi Daniel Subaşiçin rekordunu təkrarlayıb. Rikardo 2006-cı ildə təşkil olunan dünya çempionatında İngiltərə seçməsi ilə oyunda 3 qurtarış edib. D.Subaşiç isə 2018-ci il mundialında bu uğura nail olub.

Xorvatiya millisi dörddəbir finalda Braziliya ilə qarşılaşacaq.


25925 oxunub

InvestAZ