XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Sambaçılar” böyükhesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazandılar
İdman 01:39 / 06.12.2022

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gün keçirilən daha bir oyunla 1/4 finala vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib. "Stadium 974”də oynanılan matçda Koreya Respublikası yığmasını 4:1 hesabı ilə məğlub edən Braziliya millisi növbəti mərhələyə vəsiqə qazanıb. "Sambaçılar”ın heyətində Vinisius Junior (7), Neymar (13), Rişarlison (29) və Lukas Paketa (36) fərqlənib. Koreya Respublikası millisinin təsəlli qolunu isə matçın 76-cı dəqiqəsində Payk Senq Ho vurub.

Beləliklə, Braziliya millisi böyükhesablı qələbə sayəsində adını növbəti mərhələyə yazdırıb. Cənubi amerikalıların növbəti mərhələdəki rəqibi Xorvatiya millisi olacaq.


33447 oxunub

InvestAZ