XƏBƏR LENTİ
01 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



Klublarımızın Konfrans Liqasında potensial rəqibləri açıqlandı
İdman 11:33 / 16.06.2021
Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə 15:30-da başlayacaq. Azərbaycan təmsilçilərindən "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də mümkün rəqibləri bəlli olacaq. Ağdam təmsilçisi püşkdə səpələnmişlər, digər ikisi isə səpələnməmişlər səbətində yer alıb. Bu isə o deməkdir ki, "Qarabağ" "Keşlə" və "Sumqayıt"a nisbətən daha zəif rəqiblə qarşılaşacaq.
UEFA püşdən əvvəl komandaları qruplara bölüb. I qrupda yer alan "Sumqayıt"ın mümkün rəqibləri Kiprin "Apollon", İsrailin "Hapoel" (Beer-Şeva), Serbiyanın "Çukariçki", Rumıniyanın "Styaua" və Ukraynanın "Vorskla Poltava" klubudur.
II qrupdakı "Keşlə" Kiprin "AEL Limassol", Türkiyənin "Sivasspor", Rusiyanın "Soçi", Qazaxıstanın "Astana", İsrailin "Makkabi" (Təl-Əviv) klublarından biri ilə görüşəcək.
VI qrupdakı "Qarabağ" isə nisbətən zəif komandalarla qarşılaşmaq şansına malikdir. Ağdam təmsilçisi "Velej Mostar" (Bosniya və Herseqovina) - "Kolreyn" (Şimali İrlandiya), "Payde" (Estoniya) - "Şlyonsk" (Polşa), "Laçi" (Albaniya) - "Buduçnost" (Monteneqro) cütlərinin qalibi və İsrailin "Aşdod", həmçinin Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klublarından biri ilə qarşılaşacaq.
Konfrans Liqasının II təsnifat mərhələsində Çempionlar yolu və Əsas yol olacaq. Çempionlar Liqasının (ÇL) ilkin mərhələsində mübarizəni davam etdirməyən 3 komanda və ÇL-in I təsnifat mərhələsində uduzan kollektivlər yollarına Konfrans Liqasının II təsnifat mərhələsindən davam edəcək.
Azərbaycan çempionu "Neftçi" ÇL-in I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna uduzsa, Konfrans Liqasının II təsnifat mərhələsində oynayacaq.
Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.

36628 oxunub

InvestAZ