XƏBƏR LENTİ
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



Konfrans Liqası: "Sabah" Bakıda "Levski"ni qəbul edəcək
İdman 12:17 / 14.08.2025
Bu gün futbol üzrə UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək.

Azərbaycanın turnidəki təmsilçisi "Sabah" da bu gün pley-offa vəsiqə uğrunda həlledici oyuna çıxacaq. Komandamız Bakıda, Masazırdakı "Bank Respublika Arena"da Bolqarıstan "Levski"si ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi ukraynalı Mikola Balakin olacaq.

Qeyd edək ki, bu komandalar arasında Sofiyada keçirilən ilk qarşılaşma rəqibin son saniyələrdə qazandığı minimal hesablı qələbəsi (1:0) ilə başa çatmışdı. Bu oyunun qalibi Liqa mərhələsinə vəsiqə uğrunda görüşdə "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.

7150 oxunub

InvestAZ