XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Bakıda “Çempionların savaşı” turniri keçiriləcək
İdman 15:51 / 17.04.2025

Bakıda Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyi, Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə "Çempionların savaşı” adlı turnir keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, aprelin 27-30-da Milli Xalça Muzeyində Azərbaycanın və dünyanın aparıcı şahmatçıları rapid və blits mübarizəsində qarşılaşacaqlar.

"Çempionlar savaşı”nda Azərbaycan çempionu Rauf Məmmədov 15-ci dünya çempionu Vişvanatan Anandla (Hindistan), qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə isə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə üz-üzə gələcək. "Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.

Turnirdə qədim sənət növü ilə dünyanın ən qədim oyunu vəhdət təşkil edərək, zəka sahiblərinin mübarizə məkanına çevriləcək.

Qeyd edək ki, Vişvanatan Anand, Rauf Məmmədov, Antoaneta Stefanova və Günay Məmmədzadə aprelin 27-də ölkə birinciliyinin qalib olan yeniyetmə şahmatçılara seans keçəcək.



3107 oxunub

InvestAZ