XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



AAF-ın heyəti Bəhreyndə bir sıra görüşlər keçirib
İdman 12:18 / 05.12.2024

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) Bəhreyndə səfərdə olan nümayəndə heyəti bir sıra görüşlər keçirib.

AAF-dan verilən məlumata görə, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudov, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud, həmçinin I vitse-prezidenti Ursula Papandrea, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti və Bəhreyn Ağırlıqqaldırma Federasiyasının prezidenti Ebrahim Eshaqla bir araya gəliblər.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşlərdən sonra həmin şəxslərə Azərbaycan Ağırlıqqaldırma Federasiyası adından xüsusi hədiyyələr təqdim olunub.


8360 oxunub

InvestAZ