XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Avarçəkənimiz beynəlxalq reqatada bürünc medal qazandı
İdman 22:05 / 28.05.2024

Azərbaycan idmançısı Paşa Əsgərov Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə və gənclər arasında keçirilən kayak və kanoe üzrə 37-ci beynəlxalq "Bratislava Reqatası”nda  bürünc medal qazanıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən verilən məlumata görə, idmançımız bu uğuru 5000 metr məsafəyə kanoe qayığında finiş xəttinə üçüncü çataraq nail olub. 

Digər idmançımız Amil Ramazanov 200 metr məsafəyə kayak yürüşlərdə uğurlu çıxış edərək A finalına yüksəlib. Lakin o, yekun nəticədə ümumi yarış iştirakçıları arasında 8-ci sırada qərarlaşıb.

Qeyd edək ki, komandamız reqatada 6 nəfərlik heyətlə təmsil olunub.


14824 oxunub

InvestAZ