XƏBƏR LENTİ
05 Dekabr 2023
04 Dekabr 2023
03 Dekabr 2023



AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib
İdman 10:56 / 04.10.2023

Latviyanın paytaxtı Riqada Avropa Şurasının təşkilatçılığı ilə antidopinq sahəsində ədalətli məhkəmə üzrə plenar sessiya keçirilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA)verilən məlumata görə, mötəbər tədbirdə ölkəmizi AMADA-nın direktoru Şəfəq Hüseynli təmsil edib.

Tədbiri Avropa Şurasının Baş katibinin müavini Byörn Berge açaraq, qurumun hazırladığı antidopinq sahəsində ədalətli məhkəmə hüququnun təmin edilməsi sənədinin insan hüquqlarının qorunmasına yönəldiyini vurğulayıb.

Sonra sessiyada Norveç Milli Antidopinq Təşkilatının direktoru Anders Solheim və AMADA-nın rəhbəri Şəfəq Hüseynli bu istiqamətdə görülmüş işlər barədə çıxış ediblər. Çıxışlar zamanı sənədin mahiyyəti, məqsədi və irəli gələn məsələlər barədə məlumat verilib. Ş.Hüseynli həmçinin Azərbaycanda bu istiqamətdə qurulmuş və qanunvericilik tərəfindən təmin edilmiş mexanizmlə bağlı xüsusi təqdimatla çıxış edib.

Anders Solheim və Şəfəq Hüseynli antidopinq sahəsində ədalətli məhkəmə hüququnun təmin edilməsi sənədinin hazırlanması üçün Avropa Şurası tərəfindən yaradılmış xüsusi qrupun sədr və sədr müavini olublar.

Qeyd edək ki, Şəfəq Hüseynli hazırda Avropa Şurasının Monitorinq Qrupunun sədr müavinidir və sənədin icrasına operativ nəzarət edir.



3059 oxunub

InvestAZ